• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dünyanın gözü yenidən Azərbaycanda oldu: “Xəzər Neft və Qaz Sərgisi” ilə ... - İş adamı EMİL SƏMƏNDƏROV



Tanınmış iş adamı,
"PROQRESS-2016" MMC-nin
rəhbəri Emil Səməndərov

Bildiyiniz kimi bir neçə gün öncə Bakı Ekspo Mərkəzində keçirilən 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz Sərgisi” keçirildi.

Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan “Xəzər Neft və Qaz Sərgisi”  Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə  baş tutdu. 

Sözügedən sərginin açılış mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev bir çox məqamlara toxundu. Dövlət başçısı bildirdi ki, məhz Bakı-Supsa boru kəməri sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. 

Həmçinin böyük qaz yataqlarının kəşfinə başlanıldı və digər boru kəmərlərinin inşası reallaşdırılıb. Bu sahədə həyata keçirlən layihələr də ölkəmizin neft-qaz ixrac etmək imkanlarını davamlı olaraq artırıb. 

 “Xəzər Neft və Qaz” sərgisi Azərbaycanın enerji təhlükəsizliyi sahəsində nailiyyətlərini nümayiş etdirmək üçün mühüm amildir. 

Ümumiyyətlə, hər il sərgilərin keçirilməsi, ildən-ilə əhatə dairəsinin genişlənməsi, iştirakçıların sayının artması Ulu Öndər tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Azərbaycanın neft, enerji təhlükəsizliyi strategiyasının uğuru və təntənəsidir.  

Bu ilki “Xəzər Neft və Qaz” sərgisi növbəti dəfə dünyanın müxtəlif ölkələrindən energetika sənayesinin liderlərini bir araya gətirdi. Sərgidə Almaniya, Rumıniya, Rusiya milli pavilyonla iştirak etdi.   Bu ilin yenilikləri arasında bərpa olunan enerji sahəsində pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi potensialı, anlaşma memorandumları, yaşıl hidrogen və ixrac məsələləri yer aldı. 

Bir sahibkar olaraq qeyd etmək istərdim ki, möhtərəm Prezidentimizin də dediyi kimi, Azərbaycanın sürətlə inkişaf etməsi, Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işlərinin iqtisadi potensialımızı artırması, yeni biznes mühitinin formalaşması xarici investorlar üçün olduqca cəlbedici edib. 

Möhtərəm Prezident cənab İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bölgə və dünya üçün də çox önəmli faktordur. 

Çünki  bu birlik bölgə üçün, dünya üçün də çox önəmli təhlükəsizlik, sabitlik amilidir. 

Həmçinin müzəffər Ali Baş Komandan festivalda çıxışı zamanı da vurğuladı ki, "30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir.

Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir".    

Əlavə olaraq vurğulamaq yerinə düşər ki, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. 

Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub. 

Göründüyü kimi, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlığını təmin etmək və rəqabət qabiliyyətini möhkəmləndirmək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq əsas məqsədlərdən biridir. 

 

ƏN ÇOX OXUNANLAR

0.024148941040039