• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakı Baş Gömrük İdarəsi "BAZAR QANUNLARI" İLƏ İŞLƏYİR



Sahibkarlıqla məşğul olan Bədəlova Nərmin xanım Mirzəbala qızı Bakı Baş Gömrük İdarəsində üzləşdiyi özbaşınalığa görə intihar həddinə çatdırıldığını bildirib

Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 53, mənzil 21 ünvanında yaşayan Bədəlova Nərmin Mirzəbala qızı tərəfindən Azərbaycan Respublikasının Möhtərəm Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə Bakı Baş Gömrük İdarəsində üzləşdiyi problemlə bağlı şikayət məktubu ünvanlayıb.

Həmin şikayət məktubunda Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 53, mənzil 21 ünvanında yaşayan və sahibkarlıqla məşğul olan Bədəlova Nərmin xanım Mirzəbala qızı Bakı Baş Gömrük İdarəsində üzləşdiyim ciddi haqsızlıqlardan bezib intihar hədinə çatdığını bildirir.

Sahibkarlıqla məşğul olan  Bədəlova Nərmin xanım Mirzəbala qızının redaksiyamıza göndərdiyi şikayət məktubunu olduğu kimi oxucuların nəzərinə çatdırırıq:

Hörmətli, cənab Prezident,

İzn verin, dəyərli vaxtınızı aldığıma görə üzrxaqlıq edim, Sizi səmimi qəlbdən salamlayım, Sizə əbədi cansağlığı, daha qüdrətli Azərbaycan arzulayım.

Danılmaz həqiqətdir ki, Siz 18 illik Prezidentliyiniz dövründə respublikamızda yarım əsrə bərabər abadlıq-quruculuq işləri görmüsünüz. Bu quruculuq işlərinin iqtisadi səmərəsini hesablamaq üçün böyük iqtisadçılar dəstəsi lazım gələ bilər, xarici siyasətiniz xüsusi alqışlara layiqdir.

Beynəlxalq görüşlərdə, tədbirlərdə ali tribunalardan kağızsız, şparqalkasız ingilis dilində səsləndirdiyiniz sərbəst mənalı, məzmunlu çıxışlarınız həmişə gurultulu alqışlarla qarşılanır. Kadr siyasətinizə nəzər yetirəndə bəlli olur ki, Siz vətənini, xalqını canı qanı qədər sevən ən savadlı, sanballı və nüfuzlu şəxslər hesabına etibarlı kadr korpusu formalaşdırmısınız.

Hörmətli, cənab Prezident,

Sizin siyasi kursunuzun tən ortasında Azərbaycan vətəndaşı, onun maddi rifahı və təhlükəsizliyi dayanır. Siz həmişə çalışırsınız ki, xalqımız rahat, əmin, arxayın və təhlükəsizlik şəraitində yaşasın. Mübaliğəsiz deyə bilərəm ki, Siz savadlı aparat rəhbəri, müdrik, uzaggörən ölkə başçısı, güclü diplomat və dünyaşöhrətlı siyasət ustasısınız.

Siz sadəlik nümunəsi göstərib dəfələrlə efır məkanlarında özünüzü xalqın xidmətçisi, prezidentliyə andiçmə mərasimlərində isə hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağınızı elan etmisiniz və gündəlik işlərinizdə bunu sübut etmisiniz.

Praktika göstərir ki, həyata keçirdiyiniz bütün işlərinizdə xalqa arxalanır ümumxalq məhəbbət qazanırsınız. Qədim Şərq məsələlərinin birində deyildiyi kimi: “Arxası el olanın başı göylərə dəyər”

Ədalət naminə demək lazımdır ki, bu gün Prezidentlik iddiasında olan siyasi boşboğazlar çoxdur, lakin Sizi əvəz edən lider yoxdur.

Prezidentliyiniz illərində imza attığınız uğurlar minlərlədir, amma qeyd edilməlidir ki, bu nailiyyətlər sırasında şah əsəriniz kimi xüsusi yer alan 44 günlük savaşla torpaqlarımızı erməni işğalçılarından azad etməyinizdir.

Sizin ikinci şah əsəriniz isə dövlətçiliyimizi talançılardan, rüsvətxorlardan və kreslonuzda oturub siyasətinizə müqavimət göstərən kutbeyin məmurlardan azad etməyiniz olacaq.

Sizin Vətən, xalq qarsısındakı xidmətlərinizi görməmək və dəyərləndirməmək ən azından nadanlıq ola bilər.

Hörmətli cənab Prezident,

Təhlükəsizliyimin, güzəranımın qarantı olaraq qapınıza pənah gətirməyimə zərurət yaradan Bakı Baş Gömrük idarəsində üzləşdiyim ciddi haqsızlıqdır.

Məlumat üçün bildirim ki, düz 16 ildir Türkiyədən Azərbaycana qida əlavələri gətirmək fəaliyyəti ilə məşğulam.

Ötən illər ərzində mənim Bakı Baş Gömrük idarəsi ilə heç bir problemim olmayıb.

Lakin son vaxtlar Baş İdarənin rəisi Pərviz Kəngərli o qədər varlanıb ki, artıq gözləri ayaqlarının altını da görmür, insanlara 3-cü sort kimi həqarətlə baxır, özünü əvəzolunmaz hesab edir.

Vəziyyət elə bir nöqtəyə dirənib ki, rəis mühafizəçilərə xüsusi tapşırıq verib ki, Nərmin Bədəlovanı idarəyə buraxmayın. Məni bir sual dərindən düşünməyə vadar edir. Fikirləşirəm ki, bəlkə Pərviz Kəngərli Baş Gömrük idarəsini xəlvəti özününkiləşdiribdir, xəbərimiz yoxdur.

Bu nə özbaşınalıqdır, cənab Prezident?

Mən baş verənlər barədə Respublika Gömrük komitəsinin sədri Səfər Mehdiyevə yazılı məlumat vermişəm, lakin heş bir nəticəsi olmayıb.

Və görünən budur ki, gömrük orqanları bazar qanunları ilə işləyir, kimlərinsə mənafeyi naminə bilərəkdən ölkədə sosial gərginlik yaradır, narazıların sayını artırırlar.

İş adamı olaraq mənə qarşı olan hörmətsizlik məni intihar həddinə çatdırıb, özümü ələ ala bilmirəm!

Məlumat üçün onu da bildirməyi vacib hesab edirəm ki, Pərviz Kəngərli layiq olduğu cəzanı alana qədər ona qarşı mübarizəm davam edəcək. Yox, əgər şər ədalət üzərində zəfər çalsa, bütün məsuliyyəti, cavabdehliyi Pərviz Kəngərlinin üzərində saxlamaqla Baş Gömrük idarəsinin qarşısında intihar edəcəyəm.

Bu hədə-qorxu deyil, reallıqdır.

Hörmətli cənab Prezident sahibkarları, iş adamlarını Sizdən savayı dəstəkləyən yoxdur. Dəfələrlə efir məkanlarında xüsusi olaraq qeyd etmisiniz ki, sahibkarlığın inkişafına maneə yaradanlar cəzalanacaqlar. İndi söz Sizindir Prezidentim!

Hörmətli, cənab Prezident,

Növbəti müraciətlərimdə gömrük sistemində mövcud olan daha ciddi talançılıq və özbaşınalıqlar barədə məlumatlar verəcəyəm.

Allah sizi qorusun!

Hörmətlə Nərmin Bədəlova
Əlaqə tel: (055) 626-30-60

P.S. Məsələ ilə bağlı  Baş Gömrük idarəsi ilə əlaqə saxlamağa çalışsaqda bu mümkün olmadı. Qarşı tərəf kimi adı çəkilən şəxsində münasibətin ictimailəşdirməyə hazırıq.


Baki.Media

ƏN ÇOX OXUNANLAR

0.03046703338623