- 4
ENDİRİLİR
ENDİRİLİR
“Vesta construction” şirkətinin “MY HOME” layihəsi üzrə Nizami rayonu, Şirin Mirzəyev 38 ünvanda tikilən binanın sakinləri 7news.az-a etdiyi müraciətiində deyiblər.
Baki.Media 7news.az-a istinadən xəbər verir ki, 2019-cu ildə tam təhvil verilməli olan bina yarımçıq qalıb:
“Biz artıq binada yaşayırıq, həyətimiz təhvil verilməliyib. Kran həyəti tutub, işləmir, sökülmür.
Bina sakinləri həyətin olmadığını, əksinə, təhlükəli olduğunu qeyd ediblər. Burada hər an dəhşətli faciə baş verəbilər. Nizami Rayon İcra Hakimiyyəti isə məsələyə biganə qalır. Baxmayaraq ki, bu pilot layihədir, məsuliyyət ən yüksək səviyyədə olmalıdır, nəticə yoxdur.
Fotolardan da göründüyü kimi bloklar bərbad vəziyyətdədir. Tavanlar çatlayıb, divarlar uçur, hər an insanların üzərinə aşa bilər. Dəfələrlə Nizami Rayon İcra Hakimiyyətinə müraciət etsək də nəticəsi olmayıb, elə şirkət təmsilçiləri də icra başçısına arxalandıqlarını deyirlər.”
Məlumat üçün qeyd edək ki, “Vesta construction” şirkətinin “MY HOME” layihəsi üzrə Nizami rayonu, Şirin Mirzəyev 38 ünvanda tikilən binanın sahibi Ceyhun adlı şəxs olsa da, şirkəti sürücüsü Zeynal adlı şəxsin adına rəsmiləşdirib. Bu faktın özü artıq qaranlıq məqamlardan xəbər verir.
Qarşı tərəflin rəsmi saytına olan əlaqə vasitələrlə münasibət öyrənməyə çalışsaq da, nəticəsiz qalıb. Şirkətin mövqeyini də dərc etməyə hazırıq.
Mənbə 7NEWS.az