- 0
ENDİRİLİR
ENDİRİLİR
Birinci Qarabağ müharibəsi şəhidi İsaq Fərəcovun bacısı Təranə Fərəcova Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qohumu kimi təqdim edən Şahmar Əliyev adlı şəxsin ona qarşı dələduzluq etdiyini bildirib.
O qeyd edib ki, Şahmar Təranə Fərəcovaya məcburi köçkünlər üçün tikilən binalardan ev verdirəcəyinə dair vəd verib. Əvəzində ondan 20 min manat alıb ancaq, nə işi düzəldib, nə də pulu geri verib.
Bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi də açıqlama yayıb.
Bildirilib ki, dələduzluq törətməkdə ittiham edilən şəxslə Dövlət Komitəsinin sədrinin yaxın qohumluq əlaqəsi yoxdur:
“Ümumiyyətlə, baş vermiş dələduzluq faktı barədə komitəyə heç bir məlumat daxil olmayıb. Xəbərdən göründüyü kimi, fakt hüquq-mühafizə orqanlarında araşdırılıb. Dövlət Komitəsinin mövqeyi belədir ki, kimliyindən asılı olmayaraq, cinayət törətmiş hər bir şəxs mövcud qanunvericilik əsasında cəzalandırılmalıdır”.