- 5
ENDİRİLİR
ENDİRİLİR
Finlandiyanın baş naziri Sanna Marin dostları ilə oxuduğu və rəqs etdiyi videonun üzə çıxmasından sonra narkotik testindən keçib.
Baki.Media “Star” qəzetinə istinadla xəbər verir ki, bu barədə Sanna Marin özü açıqlama verib.
Mətbuat konfransında Marin narahatlıqları aradan qaldırmaq üçün ehtiyat tədbiri olaraq narkotik testi keçirdiyini və nəticələrin gələn həftə açıqlanacağını deyib.
Marin narkotikdən istifadə etmədiyini bir daha dilə gətirib:
"Qanunsuz bir şey etməmişəm. Gənc yaşımda belə narkotik istifadə etməmişəm" deyib.
Finlandiyalı baş nazir rəqs anlarının lentə alındığını bildiyini, lakin görüntülərin ictimaiyyətə açıqlanmasından təəssüfləndiyini bildirib.q
Qeyd edək ki, 2019-cu ildə 34 yaşında baş nazir olan Marin ölkə tarixində ən gənc baş nazir olub.