• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda tələbə polisi bıçaqlayıb - Məhkəmə işi



Bakıda bıçaqlanma hadisəsi törətmiş Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi, Şuşa sakini, 2002-ci il təvəllüdlü Orxan Quliyevə (soyadlar şərtidir) hökm oxunub.

Baki.Media xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2021-ci ilin oktyabrın 2-si saat 21:00 radələrində Binəqədi rayonu, Fatmayı bağlar massivi ərazisində yerləşən “Bulud” kafesinin yaxınlığında polis serjantı Elvin Rəcəbova bıçaqla xəsarət yetirən gəncə beş il müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı tətbiq edilib və üzərinə yaşadığı yeri tərketməmə tapşırığı qoyulub.

Qeyd edək ki, hadisə qeyd edilən kafedə Orxan Quliyevin dostunun hərbi xidmətə getməsi münasibətilə təşkil edilmiş məclis zamanı baş verib. Həmin vaxt Orxan kafedə Murad adlı şəxslə dalaşıb və mübahisə çöldə davam edib. Bu zaman xidmətdə olmayan və mülki formada olan Elvin adlı polis əməkdaşı həmin kafedəki məclisdə iştirak edən qardaşının arxasıyca gələrkən əlbəyaxa olan gəncləri görərək onları ayırmağa çalışıb. Nəticədə Orxan öz ictimai vəzifəsini yerinə yetirən şəxsə bıçaqla ağır xəsarət yetirib.

Məhkəmədə polis əməkdaşı onu bıçaqlayan gəncdən şikayətçi olmadığını, Orxanı bağışladığını bildirib.

ƏN ÇOX OXUNANLAR

0.030513048171997