- 5
ENDİRİLİR
ENDİRİLİR
Bakı.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşdəki çıxışında söyləyib:
“Bu gün Azərbaycanda idmana və xüsusilə idmançılara olan münasibət əminəm ki, gəncləri, uşaqları da idman bölmələrinə gətirəcək. Çünki həm idmanla məşğul olmaq üçün şərait var,- təkcə bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi fəaliyyət göstərir,- biz Bakıda Avropa Oyunlarını, dünya çempionatlarını keçirmişik. Yəni, bütün imkanlar var və idman bölmələrinə gələn uşaqları seçib onları yetişdirmək lazımdır, həm güclü idmançı kimi, həm ləyaqətli vətəndaş kimi. Bu da çox vacib məsələdir”.
Ölkəmizi dünyada ləyaqətlə təmsil edən idmançıların məişətdə də nümunəvi davranışla fərqləndiyini diqqətə çatdıran Azərbaycan Prezidenti qeyd edib ki, təvazökarlıq, Vətənə və milli dəyərlərə bağlılıq, fiziki və mənəvi güc çox vacib amillərdir.