• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Papanin”dəki “NARKOTİK YUVALARI”: "Narkomana deyirsən, səni polisə verəcəm, deyir, polisin malını satıram" - VİDEO



Videobloger Nail Kəmərlinin paytaxtın Cəlil Məmmədquluzadə (“Papanin”) küçəsində hazırladığı reportaj sosial şəbəkələrdə gündəm olub.

Reportaj N. Kəmərlinin “YouTube” kanalında yayımlanıb.

Videoda “Papanin”dəki “narkotik yuvaları” işıqlandırılıb.

Yerli sakinlər ərazidə narkomaniyanın baş alıb getdiyini və onların qarşısının alınması üçün heç bir müdaxilə olunmadığını bildiriblər.

“Gecə çölə çıxa bilmirik, çıxırsan sataşırlar, çantanı dartırlar, evlərə hücum edirlər. Deyirsən ki, səni polisə verəcəm, 102-yə verəcəm. Gülüb deyir ki, ver də, polisin malını satıram onsuz da. Polisin adını da ləkələyirlər, polisə də böhtan atırlar. Bəlkə də, düz deyirlər, deyə bilmərik. Post-patrullarımız da yatır, yatır, gündüz saat 12-də gəlir. Onlara ərizə yazıb müraciət etmişəm ki, gecə saat 12-dən sonra küçəni gəzin. Biz narkomanların əlindən bu məhəllədə yaşaya bilmirik. Konfet adı ilə uşaqlara "patı" verirlər. Oğlanlar bir yana, qızlar iynə vurur”, - “Papanin” sakini deyib.

Çəkiliş zamanı ərazidə olan şəxslərdən biri narkotik istifadəçilərinin toplaşdığı məkanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşının evi olduğunu iddia edib.

Xatırladaq ki, ötən gün Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti sözügedən ərazidə narkotik istifadəçilərinin saxlanılması barədə məlumat yayıb.

ƏN ÇOX OXUNANLAR

0.090556859970093