• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Dəmir yumruq” Ermənistanla sərhəddə yerləşdiriləcək – “Üçtərəfli bəyanatın şərtlərinə əməl etməsələr...” - VİDEO



“Dəmir yumruq” heykəli artıq Laçın şəhərinə gətirilib. Bu heykəl 44 günlük müharibənin birlik rəmzi sayılır. 
Laçın dəhlizinə alternativ koridorun yaradılması fonunda bildiyimiz kimi, avqustun 25-dən başlayaraq Laçın şəhəri, Zabux və Sus kəndləri artıq Azərbaycanın tam nəzarətinə keçib. Bu gündən burada Azərbaycan bayrağı dalğalanacaq. 

Bu fonda müharibənin birlik rəmzi sayılan “Dəmir yumruq” heykəlinin Laçına gətirilməsi özü də bir məna kəsb edir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Laçında “Dəmir yumruq” heykəlinin quraşdırılması ermənilər üçün o deməkdir ki, üçtərəfli bəyanatdan irəli gələn tələbləri yerinə yetirməsələr növbəti dəfə dəmir yumruğun gücünü hiss etməli olacaqlar:

“Əvvəllər öncə ordu, ardınca “Dəmir yumruq” hansısa bir əraziyə daxil olurdusa, bu dəfə məsələ fərqli oldu. Öncə “Dəmir yumruq” Laçına daxil olur. Sabahdan isə Ordumuz daxil olacaq. Başqa sözlə, Azərbaycan artıq Zəngəzur ərazisində də “Dəmir yumruq” heykəlini qoymaqla həmin ərazilərə yaxın məsafədə yerləşən və Azərbaycana ərazi iddiaları qaldıran düşmən və onların himayədarlarına yaxın perspektivdə onları nələr gözləyə biləcəyinin subdinal mesajını verir.

Laçının azad olunması da “Dəmir yumruq” əməliyyatı ilə əldə olunan nailiyyətdir. Bu nailiyyəti 44 günlük müharibədə qələbədən sonra imzalanan birgə üçtərəfli bəyanatla əldə etdik.

Bu mənada sözügedən abidənin Laçında qurulması olduqda qürurverici hadisədir. Belə bir abidəni Laçında qurmaqla ermənilərə açıq şəkildə mesaj veririk ki, üçtərəfli bəyanatdan irəli gələn tələbləri tam həcmdə yerinə yetirmədikləri təqdirdə, onlar təkrarən dəmir 

yumruğun zərbəsini görəcəklər”. 

 

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.11376595497131