Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləyib.
1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışırdı. 1999-cu ildə isə Təfəkkür Universitetinin hüquq fakultəsini bitirib. 2007-ci ilin dekabrından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı olub. 2018-ci ilin iyulunda fövqəladə hallar nazirinin müavini təyin edilib.
Mərhum general ailəli idi, 3 övladı var.