• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda məşhur şirkətin əməkdaşları DOST Mərkəzindən oğurluq etdi



Daxili İşlər Nazirliyi (DİN) Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şirkətlərin birinə məxsus inşa olunan binadan 10 400 manat dəyərində elektrik naqilləri oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini K.Məmmədov, Masallı rayon sakini M.Ağamalıyev və Tovuz rayon sakini İ.Camalov saxlanılması ilə bağlı məlumat yayıb. 
 
Qaynarinfo-nun məlumatına görə, hadisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) üçün yeni inşa olunan Xətai Mərkəzində baş verib. 
 
Əldə etdiyimiz məlumata götə, Xətai DOST Mərkəzinin tikintisi "Kristal Abşeron” şirkəti tərəfindən aparılır. Oğurluq hadisəsi də "Kristal Abşeron” şirkətinin mühafizəçiləri tərəfindən törədilib. 
 
Belə ki, mühafizəçilərin yeni inşa edilən binanın elektirik naqillərini müxtəlif günlərdə oğurlayaraq apardığı iddia edilir. Hazırda hadisə ilə bağlı istintaq aparılır.
 

ƏN ÇOX OXUNANLAR

0.09223198890686