• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Rusiyada zibil maşını iki azyaşlı qızın üzərindən keçdi – VİDEO



Rusiyanın Moskva vilayətinin İstra şəhərində zibil maşını iki azyaşlı qızın üzərindən keçib.

Dəhşətli hadisənin videosu zibil maşınının arxasınca hərəkət edən avtomobilin videoregistratoru tərəfindən qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində azyaşlılardan biri hadisə yerindəcə ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidləri bildiriblər ki, uşaqlar yolu keçərkən anaları onların yanında olmayıb. Üstəlik azyaşlılar yolun digər tərəfinə piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməyə çalışıblar.

Hadisənin digər təfərrüatı hələlik məlum deyil.

Mənbə: Mash

ƏN ÇOX OXUNANLAR

0.15262699127197