• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Castin Biber səhhətindəki problemlərə görə dünya turunu ləğv edib



Kanadalı müğənni Castin Biber fiziki və psixi sağlamlıq problemlərinə görə dünya turnesini ləğv etdiyini açıqlayıb.

İfaçı “Ədalət” adlı dünya turnesi çərçivəsində verdiyi konsertlərin səhhətinə ciddi təsir etdiyini, ona görə də turneni dayandırmaq məcburiyyətində qaldığını bildirib. “Konsertlərdən sonra özümü yorğun hiss etməyə başladım. Sonra anladım ki, sağlamlığımı hər şeydən üstün tutmalıyam. Ona görə də qastrol səfərlərinə yaxşı olanadək fasilə verirəm. Dincəlmək və özümü daha yaxşı hiss etmək üçün vaxta ehtiyacım var”, - deyə müğənni bildirib.

Qeyd edək ki, dünya turunun 2023-cü ilin mart ayına qədər davam etməsi planlaşdırılırdı.

Qeyd edək ki, iyun ayında Biberə nadir bir xəstəlik - Ramsey-Hant sindromu diaqnozu qoyulub. Xəstəlik üzün sağ tərəfinin iflicinə səbəb olub. Sənətçi sağlamlığını bərpa etmək üçün karyerasına qısa fasilə verib. Avqust ayında üzün qismən iflicindən əziyyət çəkən ifaçı ilk dəfə səhnəyə çıxıb.

Mənbə: gazeta.ru

ƏN ÇOX OXUNANLAR

0.092191934585571