• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Zakir Qaralovu kabinetdə KİM DÖÜMÜŞDÜ? – 31 il əvvəlki insidentin TƏFƏRRÜATLARI



Sabiq Baş prokuror Zakir Qaralovun səhhəti ilə bağlı yaranmış ajiotaj davam edir.

Yenisabah.az xatırladır ki, Z.Qaralovun kəskin qaraciyər serrozundan əziyyət çəkdiyi, bu səbəbdən də müalicə olunmaq üçün Almaniyaya getmək istədiyi barədə məlumatlar yayılıb. “Tərtər işi”ylə bağlı keçmiş prokurorun ölkədən çıxışına qadağa qoyulduğu deyilsə də, sonradan Baş Prokurorluq bu xəbəri təkzib etdi.

Dünən günün ikinci yarısında yerli KİV-lər ailə üzvlərinə istinadla Z.Qaralovun Türkiyədə olduğunu yazdılar. Onun müalicə olunmaq üçün qardaş ölkəyə üz tutduğu güman edilir.

“Yeni Sabah” Z.Qaralovla bağlı maraqlı məlumatlar əldə edib. Uzun illər onunla çiyin-çiyinə çalışan keçmiş prokurorluq işçilərindən biri bizimlə söhbət zamanı Zakir Qaralovun alkoqollu içkilərə meylli olduğunu təsdiqləyib. Bildirib ki, keçmiş Baş prokuror hələ karyerasının ilk dövründən – ötən əsrin 80-ci illərindən spirtli içkilərin aludəçisi olub. Dəfələrlə inzibati qaydada tənbeh olunmasına baxmayaraq, o, heç vaxt bu vərdişindən əl çəkməyib.

Mənbə deyib ki, bu üzdən Zakir Qaralovla mərhum Baş prokuror Murad Babayev arasında insident baş verib. 1991-ci ilin dekabrında M.Babayev qəbula içkili vəziyyətdə gələn Z.Qaralovu sərt tənbeh edib. Z.Qaralovun reaksiyası sərt və təhqiramiz tonda olduğundan Baş prokuror ona fiziki təzyiq göstərib.

Qeyd edək ki, bu hadisədən sonra Zakir Qaralov işdən çıxarılaraq sərəncama götürülüb. O, yalnız Murad Babayev vəzifəsini itirəndən sonra işinə bərpa olunmağa müvəffəq olub. Zakir Qaralov – Murad Babayev qarşıdurması ikinci dünyasını dəyişənədək davam edib. Mənbənin dediyinə görə, Z.Qaralov M.Babayevin ona əl qaldırmasını heç vaxt bağışlamayıb. O, 2000-ci ildə Baş prokuror təyin olunarkən ilk işi M.Babayevin prokurorluqdakı adamlarından qisas almaq olub. 2000-ci ilin mayında Zakir Qaralovun əmri ilə Murad Babayevə yaxınlığı ilə tanınan 17 nəfər prokurorluq orqanlarından xaric edilib.

Amma bununla da Z.Qaralovun ürəyi soyumayıb. 2013-cü ilin yanvarında M.Babayev dünyasını dəyişəndə Z.Qaralov onun dəfn mərasiminə qatılmaqdan imtina edib.

ƏN ÇOX OXUNANLAR

0.1113748550415