• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ağcabədidə taxıl oğrusu TUTULUB - 20 ton taxılın dəyəri 16 min manat OLUB



Ağcabədidə 20 ton taxıl oğurlamaqda şübhəli bilinən şəxs tutulub. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi RPŞ-yə müraciət edən rayon sakini ona məxsus anbardan 20 ton taxılının oğurlanması barədə məlumat verib. Əməli törətməkdə şübhəli bilinən rayon sakini Şamil Məmmədov saxlanılıb.

İlkin araşdırmalarla onun cari ilin iyul-avqust aylarında anbardan 16 min manat dəyərində taxıl oğurladığı məlum olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

ƏN ÇOX OXUNANLAR

0.096975088119507