• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Cıdır düzünə 424 metrlik KÖRPÜ ÇƏKİLİR: Dəmir yolu KEÇƏCƏK



“Yüksəl Proje-Caspian” QSC (VÖEN- 1801179991) nizamnamə kapitalının azaldığını elan edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Xətai rayonu, Seyid Əzim Şirvani, ev 1, m. 115 ünvanında qeydiyyatda olan “Yüksəl  Proje-Caspian” QSC nizamnamə kapitalını 1000 dəfə azaldaraq 100 000 manatdan 100 manata endirir.

Qeyd edək ki, 2010-cu ildən fəaliyyət göstərən şirkətin qanuni təmsilçisi Məmmədov Ayaz Əlibala oğludur.

Məlumat üçün bildirək ki, “Yüksəl Proje-Caspian” QSC Türkiyənin məşhur “Yüksel Proje” şirkətinin Azərbaycan nümayəndəliyi kimi fəaliyyət göstərir. 1978-ci ildə təsis olunan “Yüksel Proje” şirkəti dünyanın 30-dan çox ölkəsində mühəndislik, layihələndirmə və tikinti idarəetmə xidmətləri göstərir. Şirkət Türkiyənin ən böyük ixracatçıları siyahısında yer alır.

“Yüksel Proje” şirkətindən verilən məlumata görə, onlar hazırda Füzuli-Şuşa dəmir yolunu layihələndirirlər. Bildirilir ki, uzunluğu 83 km olan yolda sürət 140 km/saat həddində olacaq. Layihəyə 8 viaduk, 7 tunel, 7 körpü və 2 stansiya daxildir.

“Yüksel Proje” şirkətindən verilən məlumatda həmçinin bildirilir ki, onlar Şuşada uzunluğu 424 metr olan körpü layihələndirirlər. Bildirilir ki, hündürlüyü 52 metr olacaq körpünün 280 metrlik hissəsi heç bir dayaq üzərində durmayacaq və bu körpüdən dəmir yolu xətti keçəcək. Layihə ilə bağlı paylaşılan fotolardan belə görünür ki, körpü Cıdır düzünə kimi uzanacaq.

Onu da bildirək ki, bu şirkət daha əvvəl Azərbaycanda 144,8 km uzunluğundakı Muğanlı-Yevlax yolunun, Bakı-Tbilisi-Qars və TANAP layihələrinin hazırlanmasında iştirak edib.


ƏN ÇOX OXUNANLAR

0.11883497238159