• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İngiltərədə Biq-Ben qülləsini ağ rəngə boyadılar - FOTO/VİDEO



Londonda Böyük Britaniyanın əsas simvollarından olan Biq Ben qülləsinin üzərinə ağ boya töküblər.

Hadisəni törədən “Animal Rebellion” qrupunun fəalları bunu etiraz əlaməti olaraq ediblər. Sözügedən qrup heyvan və iqlim müdafiəçiləri kimi xarakterizə edilir.

Bu davranışla onlar süd sənayesinin planetə vurduğu zərərə diqqət çəkmək istəyiblər.

Səhər saatlarında qrupun doqquz iştirakçısı küçələrdən birində nəqliyyatın hərəkətini dayandırıb. Eyni zamanda qüllənin müəyyən hissələrinə ağ boya töküb. Etiraz zamanı istifadə edilən ağ boya südü simvolizə edib.

Bu yolla etirazçılar Böyük Britaniyanın yeni Baş naziri Liz Trassın diqqətini heyvan mənşəli məhsullarla bağlı problemə cəlb etmək istəyiblər. Həmçinin əsas məqsədlərdən biri də bitki mənşəli qidaların istehlakını təşviq etmək olub.

Mənbə: Lenta.ru

ƏN ÇOX OXUNANLAR

0.11243295669556