• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Cennifer Lourens intim həyatı ilə bağlı iddialara cavab verib



Amerikalı aktrisa Cennifer Lourens cinsi təqib və zorakılıqda ittiham olunan prodüser Harvi Vaynşteynlə intim münasibətdə olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bu cür ittihamların az qala onun karyerasını məhv etdiyini deyən aktrisa əlavə edib ki, bir çoxları onun rejissoru müdafiə etdiyinə inanır. Çünki o, özünün Vaynşteyn tərəfindən təzyiqlərə məruz qaldığını dilə gətirmir.

“Düzünü desəm, bu, həyatımda ən qəribə hadisə idi. Bilmirəm insanlar necə düşünə bilərdi ki, aramızda nəsə var. Bu, demək olar ki, karyeramı məhv etdi, çünki çoxları onu müdafiə edərək susduğuma əmin idi”, - deyə məşhur bildirib.

Aktrisa 2011-ci ildə “Mənim sevgilim dəlidir” filmində rol aldığı zaman Vaynşteynlə işləməyə başlayıb və bu filmə görə daha sonra “Oskar” alıb.

Hollivud şoumeninə qarşı ittihamlar ilk dəfə 2017-ci ildə irəli sürülüb və bir il sonra məhkəmə çəkişmələrinin birində Vaynşteyn onun Lourenslə intim münasibətdə olduğunu və bunun sayəsində mükafat aldığını qeyd edib.

Mənbə: lenta.ru

ƏN ÇOX OXUNANLAR

  • 113
Avro və lirə bahalaşdı
0.08988618850708