• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Xural TV”nin rəhbəri Əvəz Zeynallı SAXLANILIB



“Xural TV”nin rəhbəri Əvəz Zeynallı saxlanılıb.

Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir.

Sonra Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsində saxlanılaraq dindirilib. Bu barədə Əvəz Zeynallının yaxınları sosial şəbəkədə bildiriblər.

Bundan başqa, Elçin Sadıqovun da saxlanılaraq dindirilmək üçün Baş Prokurorluğun İstintaq idarəsinə aparılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Baş Prokurorluq açıqlama verərək Ə. Zeynallıya cinayət işi açıldığını bildirib. Məsələ ilə bağlı siyasi fəal İlkin Rüstəmzadə sosial şəbəkə hesabında qeyd edib ki, tanınmış jurnalist prokurorluq əməkdaşlarının ona təqdim etdiyi sənədlərə baxdıqdan sonra “311-ci maddədir (passiv rüşvətxorluq)", - deyə bildirib.

Media eksperti və hüquq müdafiəçisi Ələsgər Məmmədli feysbukda yazıb ki, Əvəz Zeynallının açıqlaması göstərir ki, ona qarşı başlayan hərəkətlər jurnalist fəaliyyətinin, özəlliklə Xural tv internet televiziyasının fəaliyyətinə son qoymağı hədəfləyib:

“Jurnalistin mənbələrinin gizliliyi tələb edir ki, vəkil kimi onun da ofisinin, redaksiyasının konfidensiallığına müdaxilə edilməsin. Heç kimə sirr deyil ki, çox saylı səs-küylü korrupsiya faktlarının ortaya çıxması məhz jurnalistə mənbələrindən sızdırılan sənədlərlə mümkün olur. Belə axtarışlar, həbslər bir çox halda böyük korrupsiya ifşalarını önləmək üçün alət ola bilir”, - deyə o qeyd edib.

Qeyd edək ki, Əvəz Zeynallının evində və ofisində axtarış aparılıb. Həmçinin, vəkil Elçin Sadıqovun evində də axtarış aparılıb. Daha sonra isə onun ofisində axtarış davam etdirilib.

Meydan TV-yə  Əvəz Zeynallının vəkili Aqil Layıc bildirib ki, “Xural TV” internet kanalının baş redaktoru Əvəz Zeynallı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Vəkilinin sözlərinə görə, Əvəz Zeynallı özünü təqsirli bilmir. O, ittihamın cəfəngiyyat olduğunu bildirib və ifadə verməkdən imtina edib.

Meydan TV-nin prokurorluqdakı mənbədən əldə etdiyi məlumata görə, vəkil Elçin Sadıqov barəsində də eyni maddə irəli sürülüb. Hələlik bununla bağlı rəsmi məlumat yoxdur. Ailəsində bununla bağlı hər hansı məlumat yoxdur.

Baş Prokurorluq sentyabrın 10-da Əvəz Zeynallının ofisində, Elçin Sadıqovun isə evində və ofisində axtarış aparıb.

Axtarışların “haqqın.az” saytının baş redaktoru Eynulla Fətullayevin yazdıqları əsasında həyata keçirildiyi bildirilir.

Eynulla Fətullayev Əvəz Zeynallının həbsdə olan “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət aldığını iddia edib. O, Əvəz Zeynallıya məxsus olduğunu iddia etdiyi səs yazısı yayıb. İş adamının vəkili Elçin Sadıqov isə açıqlama verərək, müdafiə etdiyi şəxsin ailəsindən rüşvət alınmadığını deyib və Eynulla Fətullayevin fikirlərini yalanlayıb. Əvəz Zeynallı da ona böhtan atıldığını deyib. Bundan sonra Baş Prokurorluq məlumat yayaraq, Əvəz Zeynallı ilə bağlı deyilənlərin araşdırıldığını bildirib. Eynulla Fətullayev isə Elçin Sadıqovla bağlı Vəkillər Kollegiyasına şikayət etdiyini yazıb.

Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur.

 

ƏN ÇOX OXUNANLAR

0.15495896339417