• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ukraynalı qadınlar Fransada döyüldülər



Fransanın paytaxtı Parisdə iki ukraynalı qadın döyülüb.

Baki.Media xəbər verir ki, hadisə barədə Fransa Ukraynalıları İttifaqının vitse-prezidenti Vladimir Koqutyak məlumat verib.

“Rokebryun-Kap-Martində iki ukraynalı qız Ukrayna musiqisini dinlədiklərinə görə rusiyalılar tərəfindən döyülüb. Cinayəti törədənlər hələ də tapılmayıblar”, - deyə o, sosial şəbəkə hesabında bildirib.

Hadisə ilə bağlı istintaq başlayıb. Bununla bağlı ukraynalı diplomatlar Paris polisi ilə əlaqə saxlayıblar. Diplomatik departamentin spikeri Oleq Nikolenko bununla bağlı məlumat verib.

“Ukrayna Xarici İşlər Nazirliyinin təlimatına uyğun olaraq Ukraynanın Parisdəki səfirliyi iki ukraynalı qadının döyülməsi ilə bağlı işi xüsusi nəzarətə götürüb. Diplomatlar məsələnin operativ şəkildə araşdırılması, zərərçəkənlərlə əlaqə saxlanması, lazımi tibbi yardımın göstərilməsi üçün Fransa hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir. Hadisəni törədənlər cəzalandırılmalıdırlar”, - deyə o qeyd edib.

ƏN ÇOX OXUNANLAR

0.11431813240051