• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Edinburqda minlərlə insan mərhum kraliça ilə vidalaşmaq üçün gecəni növbələrdə keçirib - FOTO



İngiltərənin Edinburq şəhərində minlərlə insan Müqəddəs Cayls kilsəsində II Elizabetin tabutunu görmək üçün gecə boyu növbə tutub.

Köhnə şəhərin mərkəzində uzun növbə yaranıb. İnsanlar mərhum kraliçanın tabutunun yanından keçmək üçün beş-yeddi saat gözləməli olublar.

Axşam saatlarından əraziyə xüsusi olaraq mikroavtobuslar gətirilib. Bu mikroavtobuslarda insanlara isti içkilər və yüngül qidalar təklif edilib. Ərazidə ayaqyolu və su məntəqələri yerləşdirilib.

Lordlar Palatasının vitse-spikeri Lord Yan Dunkan bildirib ki, Edinburqda bu qədər çox insanın növbəyə durması “qeyri-adi bir qadına fövqəladə hörmət, kədər və şərəf əlamətidir”.

Növbəti gün səhər saatlarında izdihamın artacağı gözlənilir. İnsanların gecə ilə müqayisədə 12 saata qədər gözləyə biləcəkləri deyilir.

Kraliça II Elizabetin cənazəsi 24 saat ərzində şəhərdə olacaq.

Mıənbə: Yevropeyskaya pravda

ƏN ÇOX OXUNANLAR

0.12522411346436