• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Çempionlar Liqası: “Mançester Siti” “Borussiya” ilə qarşılaşacaq - AFİŞA



Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun digər matçları keçiriləcək.

İkinci oyun günündə A, E, F, G və H qruplarında ümumilikdə doqquz qarşılaşma baş tutacaq.

A qrupunun təxirə salınmış görüşündə “Reyncers” Şotlandiyada İtaliya “Napoli”sini qəbul edəcək.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası İtaliyada “Milan”ın qonağı olacaq. E qrupunun digər matçında “Çelsi” İngiltərədə Avstriya “Zalsburq”u ilə üz-üzə gələcək.

F qrupunda yer alan turnirin son qalibi “Real Madrid” İspaniyada Almaniya “Leypziq”ini sınağa çəkəcək. Ukraynanın “Şaxtyor” (Donetsk) klubu Şotlandiya “Seltik”inin müqavimətini qırmağa çalışacaq.

Günün maraqla gözlənilən qarşılaşması G qrupunda keçiriləcək. “Mançester Siti” İngiltərədə Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə görüşəcək. “Şəhərlilər”in yay transfer dönəmində heyətinə qatdığı Erlinq Holann məhz Dortmund təmsilçisindən alınıb. Bu qrupda “Kopenhagen” Danimarkada İspaniya “Sevilya”sı ilə qarşılaşacaq.

Nəhayət, H qrupunda “Yuventus” İtaliyada Portuqaliya “Benfika”sı ilə, Fransa PSJ-si İsraildə “Makkabi” (Hayfa) klubu ilə münasibətlərə aydınlıq gətirəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

14 sentyabr

A qrupu

23:00. “Reyncers” (Şotlandiya) – “Napoli” (İtaliya)

Xal durumu: “Napoli” - 3. “Liverpul” - 3 (2 oyuna). “Ayaks” - 3 (2 oyuna). “Reyncers” - 0

E qrupu

20:45. “Milan” (İtaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya)

23:00. “Çelsi” (İngiltərə) – “Zalsburq” (Avstriya)

Xal durumu: “Dinamo” - 3, “Milan” - 1, “Zalsburq” - 1, “Çelsi” - 0

F qrupu

20:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Seltik” (Şotlandiya)

23:00. “Real Madrid” (İspaniya) – “Leypziq” (Almaniya)

Xal durumu: “Şaxtyor” - 3, “Real Madrid” - 3, “Leypziq” - 0, “Seltik” - 0

G qrupu

23:00. “Kopenhagen” (Danimarka) – “Sevilya” (İspaniya)

23:00. “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)

Xal durumu: “Mançester Siti” - 3, “Borussiya” - 3, “Kopenhagen” - 0, “Sevilya” - 0

H qrupu

23:00. “Yuventus” (İtaliya) – “Benfika” (Portuqaliya)

23:00. “Makkabi” (Hayfa, İsrail) - PSJ (Fransa)

Xal durumu: Benfika - 3, PSJ - 3, “Yuventus” - 0, “Makkabi” - 0.

ƏN ÇOX OXUNANLAR

  • 15
Avro və rubl bahalaşdı
0.10230493545532