• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Sevgilisi ilə yeyib-içdi, sonra öldürüb onunla yatdı - Bakıdakı qətlin təfərrüatı - FOTO



Qeyri-rəsmi münasibətlə yaşadığı kişini qətlə yetirməkdə təqsirli bilinən Valentina Flimonovanın cinayət işi üzrə təfərrüatlar məlum olub.

Baki.Media xəbər verir ki, hadisə Sabunçu rayonunun Bilgəh qəsəbəsində baş verib. Həmin ərazidə yaşayan V.Flimonova evində qeyri-rəsmi nikah münasibətlərində olduğu Nikolay Orlova bıçaqla xəsarəti yetirib. N.Orlov hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Filimonova tutulub.

İş üzrə dindirilmiş Flimonova ifadəsində bildirib ki, 1955-ci ildə Ukraynada anadan olub. 1978-ci ildə Bakıya köçərək Vaqif adlı şəxslə rəsmi ailə həyatı qurub. 1994-cü ildə həyat yoldaşı dünyasını dəyişib. 

Təxminən 8 il əvvəl Nikolay Orlovla tanış olaraq onunla yaşamağa başlayıb. Hər ikisi spirtli içkilərə meyilli olublar. Nikolay sərxoş olarkən həmişə onu döyüb. 

Hadisə baş verən günü Valentina Nikolaya həyətdə görməli olduqları işləri tamamlamağı desə də, o, işləməkdən imtina edib evə gedərək televizora baxıb. 

Axşam saatlarında yemək yeyərkən 1 litr araq içiblər. Gecə saat 3 radələrində Orlov əsaslı səbəb olmadan Flimonanı söyərək ölümlə hədələyib və üzərinə gələrək onu vurmaq istəyib.

Qadın onu itələyərək əlindən çıxa bilib.

Valentina Flimonova ifadəsinin davamında bildirib ki, yoldaşının bir qədər əvvəl ona əl qaldırmasından və təhqir etməsindən hiddətlənib və qisas niyyəti ilə mətbəx bıçağını götürərək çarpayıda yatmış Orlovun sol sinə nahiyyəsinə bir zərbə vuraraq onu qəsdən öldürüb.

Qətldən sonra Valentina bıçağı hasarın yanındakı kolların arasında gizlədib sonra isə gedib yatıb. 

Səhər səs-küy eşidib. Polis əməkdaşlarının evə gəldiyini görüb. Onlara təslim olaraq bıçağın yerini göstərib. 

Məhkəmə prosesində Valentina Flimonova ittiham üzrə təqsirli hesab edib. 

Sonda məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum olunub. 

 

ƏN ÇOX OXUNANLAR

  • 20
Avro və rubl bahalaşdı
0.11867308616638