• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Uşaq evində böyüyən şəhidimiz DƏFN OLUNUB



Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov Bakıdakı İkinci Fəxri xiyabanda dəfn edilir.
 
Dəfn mərasimində ictimaiyyət nümayəndələri, vətəndaşlar və hərbçilər iştirak edirlər.
 
“Report”a şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov bildirib ki, səhər qardaşıma zəng etdim, telefonu başqa şəxs açdı və qardaşımın qisasının alındığını deyib. 
 
O qeyd edib ki, qardaşı və özü körpə olanda valideynləri vəfat edib, onlar SOS kəndində böyüyüblər: “Gizir idi. Hərbiyə gedəndə həmişə deyirdi ki, “mənimlə fəxr edəcəksən”. Dediyini edərdi. Üç gün əvvəl zəng etmişdi. Düşmən tərəfdə atışma olduğunu dedi. Səhəri günü danışdıq. Dünən artıq qardaşım şəhid oldu. Mənim üçün onun itkisi nə qədər çətin olsa da, qardaşımla fəxr edirəm”.
 
Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi Əhmədov SOS uşaq evində böyüyüb və 269 saylı məktəbin məzunudur. Onun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.

ƏN ÇOX OXUNANLAR

0.080204010009766