• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Məktəbəhazırlıq qruplarına və I sinfə QEYDİYYAT UZADILIB



Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qeydiyyat prosesinin vaxtı uzadıldı.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu haqda yaydığı məlumatda belə deyilir:

"Məktəbəhazırlıq qruplarına və birinci sinfə şagird qəbulunun vaxtının uzadılması hər bir uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədlərinə xidmət edir. 

Bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideyn (qanuni nümayəndə) tərəfindən üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə müraciət etməklə (elektron ərizə əsasında) aparılır. Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim etməlidirlər".

Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qeydiyyat prosesi https://mektebeqebul.edu.az/ elektron portalı vasitəsilə aparılır.

ƏN ÇOX OXUNANLAR

  • 110
Avro və lirə bahalaşdı
0.080968141555786