• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Hicablı model dəb sənayesinə qayıdır – FOTO



Somali əsilli amerikalı model Həlimə Aden “təqaüdə” çıxdıqdan sonra yenidən dəb sənayesinə qayıtmağı planlaşdırır.

Belə ki, Aden hələ avqustda Amerikanın “Creative Artists Agency” agentliyi ilə müqavilə imzalayıb.

“Mən səs-küylə gəldim, sonra da səs-küylə dəb sənayesini tərk etdim. İndi mən zirvəyə qayıtmaq istəyirəm” – deyə model bildirib.

Adenin sözlərinə görə, indi o, özünü podiumda görmür. Həlimə biznes təhsili almağı və dəb sənayesində bu istiqamətdə inkişaf etməyi düşünür.

Qeyd edək ki, model 2020-ci ilin noyabr ayında karyerasına son qoyduğunu açıqlayıb.

Mənbə: gazeta.ru

ƏN ÇOX OXUNANLAR

0.12502098083496