• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

40 yaşlı insanların sürətlə kökəlməsinin SƏBƏBLƏRİ



İnsanlar 40 yaşdan sonra daha sürətlə kökəlirlər. Bu yaşda bədən çəkisinin artmasına 2 amil səbəb olur.

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı həkim endokrinoloq Yekaterina Kazaçkova "Radio Sputnik"ə müsahibəsində məlumat verib.

O bildirib ki, 40 yaşından sonra insanların sürətlə çəki almasının ilk səbəbi orqanizmdə cinsi hormonların azalmasıdır.

"40 yaşdan sonra cinsi hormonların səviyyəsi azalmağa başlayır. Bu azalma fonunda isə insan daha çox yeməyə başlayır. Nəticədə qida artıq enerji kimi bədənin yağ kütləsində toplanır".

Hekim bildirib ki, bu yaşdan sonra çəki artımının ikinci səbəbi əvvəlki yaşlara nisbətən daha durğun həyat tərzidir.

"İkinci səbəb fiziki aktivliyin azalmasıdır. 40 yaşdan sonra insanlar evdə daha çox vaxt keçirir, idmanla az məşğul olur. Az hərəkət isə bədəndəki yağ kütləsinin daha zəif yandırılmasına gətirib çıxarır", - deyə endokrinoloq qeyd edib.

ƏN ÇOX OXUNANLAR

0.19390606880188