• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Neft boru kəmərinə hücum: Ukrayna kəşfiyyatının istəyi alınmadı



Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Türkiyə və Avropaya təbii qaz və neft daşıyan boru xəttinə Ukrayna kəşfiyyatının hücumunun qarşısını aldığını açıqlayıb.

Baki.Media teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə FSB-nin ictimaiyyətlə əlaqələr mərkəzi bildirir.

“Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) agenti qaz kəmərinə qarşı terror aktı hazırlayıb. Hazırda təbii qaz kompleksində təxribat və terror aktları törətmək cəhdlərinin qarşısı alınıb”,- məlumatda qeyd edilir.

Açıqlamada Ukrayna kəşfiyyatına işləyən agentin və daha 4 nəfərin Rusiya vətəndaşı olduğu bildirilib. Bundan əlavə, onun kuratorla yazışmaları, söhbətləri və ünsiyyət vasitələri, partlayıcı qurğunun yığılma təlimatları və pul köçürmələrinin ələ keçirildiyi vurğulanıb.

ƏN ÇOX OXUNANLAR

0.16336822509766