• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Sığorta şirkətləri rekord həcmdə kompensasiya ödəyəcək



Fransada bu il quraqlığın nəticələri sığortaçılara 2,4 milyard avroya qədər rekord məbləğə başa gələ bilər.

Baki.Media xəbər verir ki, bu barədə "Frans Press" agentliyi Fransa Sığorta Cəmiyyətləri Federasiyasının hesabatına istinadən məlumat yayıb.

Üstəlik, bu cür ödənişlər, ekspertlərin dediyi kimi, yalnız quraqlıqdan zərər çəkmiş və təbii fəlakət rejiminin tətbiq olunduğu kommunalarda yerləşən binalara dəymiş ziyanla əlaqələndirilir. Kənd təsərrüfatına dəyən zərər ayrıca sığorta maddəsi ilə ödənilir.

Federasiya prezidenti Florens Lustmanın sözlərinə görə, qlobal istiləşmə quraqlığı ciddi təhlükəyə çevirib.

2022-ci il Fransa üçün təbii fəlakət rejimi tarixində 2003-cü ilin antirekordunu qıraraq ən quraq il ola bilər.

ƏN ÇOX OXUNANLAR

0.1083869934082