• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Prava”nın alınması, avtomobillərin qeydiyyatında hansı yeniliklər olacaq? - ŞƏRH



Ölkəmizdə sürücülük vəsiqələrinin əldə edilməsi, avtomobillərin qeydiyyatı, avtomobil nömrələrinin verilməsi və s. bu kimi məsələlərdə heç bir dəyişiklik olmayıb.

Baki.Media ” xəbər verir ki, bunu hüquqşünas, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında əsasnamənin təsdiqdini şərh edərkən deyib. O bildirib ki, bu, texniki xarakterli bir sənəddir:

"Əsasnamə mərkəzi informasiya sisteminin fəaliyyət qaydasını, funksiyalarını, istifadə qaydasını və s. müəyyən edir. Həmin sistem indiyədək necə var idi, elə də davam edəcək. Dövlət Yol Polisinin demək olar ki, bütün fəaliyyəti bu sistem üzərindən həyata keçirilir. Həmin fəaliyyət olduğu kimi qalacaq".

Ekspertin sözlərinə görə, hər hansı işin həmin sistem vasitəsilə edilməsi, bunun sadəcə olaraq həmin sistemdə qeydiyyata alınması, bu işdə sistemin məlumatlarından istifadə edilməsi deməkdir:

"Ola bilsin ki, istifadəçilərə öz elektron kabinetlərində bəzi məlumatlarla tanış olmaq, müraciət etmək kimi əlavə imkanlar yaradılsın. İstifadəçinin elektron kabineti dedikdə güman olunur ki, hazırda e-xidmet.mia.gov.az portalında olan kabinetdən söhbət gedəcək". 

"Bu sənəd sürücülər, sürücü olmaq istəyənlər, avtomobil sahibləri və s. üçün hər hansı yeniliyi, dəyişikliyi ehtiva etmir", - deyə Ə. Hüseynov qeyd edib.

Könül
Baki.Media

ƏN ÇOX OXUNANLAR

  • 33
Avro və rubl bahalaşdı
0.10259509086609