• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yatmış vəziyyətdə arvadını çəkiclə öldürüb boğazını kəsdi - Bakıdakı qətlin təfərrüatı - FOTO



Bakıda arvadını qətlə yetirməkdə təqsirli bilinən Fazil Həsənovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Baki.Media xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Qubanın Ərməkiqışlaq kənd sakini Fazil Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib.

İş üzrə dindirilmiş Fazil Həsəov ifadəsində bildirib ki, həyat yoldaşı ilə Quba rayonundan Bakı şəhərinə gələrək Nərimanov rayonunda kirayədə yaşayıb. Şəhərə gəldikdən sonra bir müddət tikintidə fəhlə kimi çalışıb. Yoldaşı ilə çörək sexində işləyib. Arvadı ilə münasibətləri pis olub. Ailə münaqişələri zamanı onu döyüb. Hadisə baş verən günü axşam saat 3 radələrində Xoşqədəm divanda yatdığı vaxt onu öldürməyi qərarlaşdırıb. Bu məqsədlə çəkici götürüb ona yaxınlaşıb və yatmış vəziyyətdə baş nahiyyəsinə zərbələr endirib. 

Fazil Həsənov ifadəsinin davamında bildirib ki, zərbələrdən sonra qadının ölmədiyini görüb əli ilə burun dəliklərini tutub nəfəsini qapadıb. Sonda mətbəx bıçağı ilə onun boğaz nahiyyəsini kəsib və artıq öldüyünə əmin olub. 

Fazil Həsənov cinayəti törətdikdən sonra azyaşlı övladını yuxudan oyadıb. Uşaq anasını soruşada atası onun yatdığını bildirib. Övladını da götürüb Quba rayonunun Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub.

Məhkəmə prosesi zamanı Fazil Həsənov ittihamlar üzrə özünü təqsirli bilməyib. Bildirib ki, yoldaşı sağdı və o, heç kimi öldürməyib. Onun sözlərinə görə səhər tezdən oğlunu götürüb kəndə aparıb sonra isə polisə təslim olub. Uşağı rayona nəyə görə aparmağının səbəbini bilmir və heçnə xatırlamır. 

Ekspertizanın rəyinə əsasən isə Fazil Həsənovun cinayəti törədən zaman hərəkətlərini tam dərk etmək, davranışını tənzimləmək və onlara nəzarət etmək iqtidarında olub. Hadisə zamanı fizioloji affekt vəziyyətində olmayıb. 

Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində göstərib ki, atasını bağışlayamacaq. Ona görə ki, anasını əziyyətlə öldürüb. 

Sonda məhəkəmnin hökmü ilə 1973-cü ilə təvəllüdlü Fazil Həsənov 19 il müddətinə azadlıqdan məhrum olunub.

 

ƏN ÇOX OXUNANLAR

0.090604066848755