• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

TAP ilə İtaliyaya nəql ediləcək Azərbaycan qazının həcmi açıqlandı



Bu il Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya 9,5 milyard kubmetrdən çox qaz nəql edilə bilər.

Baki.Media ” TAP konsorsiumuna istinadən xəbər verir ki, bunu TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) İtaliyada keçirilən “The Young Hope” tədbirində bildirib.

Onun sözlərinə görə, bu, ötən illə müqayisədə 2,5 dəfədən çoxdur: “Söhbət ölkənin son bir ildə qaza olan tələbatının 13%-nin Azərbaycan qazı hesabına ödəməsindən gedir”.

TAP rəsmisi bildirib ki, kommersiya fəaliyyətinə başlayan gündən TAP ilə Avropaya 16 milyard kubmetr təbii qaz ixrac edilib: "Bu həcmlərin də 13,5 milyard kubmetri İtaliyanın payına düşür”.

L.Şippati qeyd edib ki, genişlənməsi vasitəsilə TAP İtaliya və Avropanın enerji və iqlim ambisiyalarını həyata keçirməyə kömək edəcək, potensial olaraq yeni həcmdə hidrogen və digər bərpa olunan qazları nəql edəcək: “TAP gələcəkdə hidrogeni nəql etmək potensialına malikdir və boru kəmərinin tutumunun genişləndirilməsi İtaliya və Avropanın iqlim ambisiyalarına nail olmağa kömək edə bilər”.

ƏN ÇOX OXUNANLAR

0.10767292976379