• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bir yaşlı oğlunu YERƏ ÇIRPAN ATA: “Prokurora narkotikin təsiri altında ifadə vermişəm”



Bakıda 1 yaşlı oğluna ağır xəsarət yetirən Samir Ağakərimovun cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs ifadə verib. Samir Ağakərimov ifadəsində hadisə baş verən gün həyat yoldaşı ilə aralarında mübahisə olduğunu lakin oğluna xəsarət yetirdiyini xatırlamadığını deyib:

“Həyat yoldaşımla sevib evlənmişik. Fəhləlik edib ailəmi dolandırırdım. Hadisə baş verən günü yadıma gəlir ki, ev əşyalarına görə yoldaşımla mübahisə etdik. Ola bilər ki, həmin əsnada uşağı döşəyin üstünə atmışam, amma möhkəm yerə çırpmağımı xatırlamıram”.

Təqsirləndirilən şəxs istintaqdakı ifadəsində həyat yoldaşının ona xəyanət etməsindən, hətta oğlunun atası olduğundan şübhələndiyini deyib. O, bugünkü məhkəmədə həmin ifadəni tamamilə təkzib edərək həmin vaxt narkotikin təsiri altında olduğunu bildirib:

“Həmin gün narkotik tərkibli maddə qəbul etmişdim. Həmin vaxt apardılar prokurorluğa ki, ifadə verim. Açığını deyim, heç nə danışdığımı da bilmədim”.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Yasamal rayonunda baş verib.

Rəsmi məlumata görə, Yasamal Rayon Polis İdarəsinə 29-cu Polis Şöbəsinə aprelin 26-da saat 16 radələrində 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Samir Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Samir Ağakərimov Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

ƏN ÇOX OXUNANLAR

0.086830854415894