• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycan jurnalistlərinin VIII qurultayı başlayıb, komissiyalar yaradılıb - YENİLƏNİB



Azərbaycan Mətbuat Şurasının VIII qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.

“Report”un xəbərinə görə, səsvermənin nəticəsinə uyğun olaraq qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək.

Üç nəfərdən ibarət Mandat komissiyası da formalaşıb. Həmçinin yeddi nəfərdən ibarət Say komissiyasının tərkibi qurultay iştirakçılarının təkidi ilə doqquza çatdırılıb.

10:20

Azərbaycan Mətbuat Şurasının VIII qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

“Report”un xəbərinə görə, qurultayda məktubu Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev oxuyub.

10:06

Azərbaycan jurnalistlərinin VIII qurultayı başlayıb.

“Report”un xəbərinə görə, toplantıda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək.

Daha sonra isə hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

09:21

Bu gün Bakıda, Beynəlxalq Muğam Mərkəzində Mətbuat Şurasının VIII qurultayı keçiriləcək.

Baki.media xəbər verir ki, Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.

Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.

Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Qeyd edək ki, hazırda Mətbuat Şurası İdarə Heyətinin sədri Əflatun Amaşovdur.

ƏN ÇOX OXUNANLAR

0.10769200325012