• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi üçün SƏSVERMƏ KEÇİRİLİB: Nizamnaməyə DƏYİŞİKLİK EDİLİB



Sentyabrın 24-də Bakıda Azərbaycan jurnalistlərinin VIII qurultayı işə başlayıb.

Qurultayda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib. 

Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin hesabatı dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.

Qurultayda Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.

Səsverməyə uyğun olaraq, qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək. Daha sonra 3 nəfərdən ibarət Mandat komissiyası da formalaşdırılıb.

Ardından 9 nəfərlik Say komissiyası yaradılıb və qurultay öz işinə başlayıb.

Jurnalistlərin peşə davranışı qaydalarına düzəlişlər edilib  - FOTO  - YENİLƏNİB 1

Qurultayda çıxış edən edən Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Tahir Aydınoğlu bildirib ki, Komissiya hesabat dövründə Mətbuat Şurasının maliyyə-təsərrüfat fəaliyyətini təftiş edib: “NTK hesabat dövründə MŞ-nin maliyyə-təsərrüfat fəaliyyətinin təftişi zamanı aşağıdakıları müəyyən edib. Şuraya vəsaitlər 2 mənbə üzrə daxil olub - Üzvlük haqqları - 31 min 18 manat; Məqsədyönlü maliyyə yardımları 62 min 740 manat.

Yoxlama zamanı təsərrüfat xərcləri və əmək haqqının ödənilməsi üzrə bütün sənədlərin qaydada olduğu müəyyən olunub. Nəğd hesablaşma zamanı ödənilən vəsaitlər üzrə çek və qaimələr alınıb. Yoxlama dövrü ərzində MŞ-nin maliyyə fəaliyyətində pozuntu olmayıb, mühasibatlıq sənədləşməni mühasibat və vergi qanunvericiliyinə uyğun aparıb, donorlara maliyyə hesabatları təqdim edilib”.

O qeyd edib ki, üzv təşkilatlar tərəfindən Mətbuat Şurasına ödənilməli olan illik üzvlik haqlarında da azalmalar müşahidə edilib: "Üzv təşkilatların Mətbuat Şurası ilə bağlılığını göstərən əsas göstərici üzvlük haqlarıdır. Hazırda təsisçilərinin 50 faizə yaxınının üzvlük haqqını ödəmədiyi məlumdur. Doğrudur, qurultayımıza hazırlıq müddətində açıqlanmış tələblərə görə mövcud istiqamətdə müəyyən canlanma oldu. Amma bu, yetərli sayıla bilməz. Qurultay nümayəndələri olan üzv təşkilatlardan xahiş edərdim ki, bundan sonra məsələyə ciddi yanaşsınlar. Üzvlük haqqını ödəmək hər bir təsisçinin nizamnamə öhdəliyidir və hamı buna qeyd-şərtsiz əməl edilməlidir. Başqa tərəfdənsə, nəzərdə tutulan illik üzvlük haqqı – gündəlik qəzetlər, informasiya agentlikləri və jurnalist təşkilatları üçün 148 manat 50 qəpik, həftəlik qəzetlər, jurnallar və internet informasuya resursları üçün 99 manatdır. Düşünürəm ki, bu, elə bir böyük məbləğ deyil”.

Jurnalistlərin VIII Qurultayında keçmiş sədr Əflatun Amaşov deyib ki, Azərbaycan Jurnalistlərinin VII qurultayından bu yana ümumilikdə Mətbuat Şurasına 1615 şikayət daxil olub.

Jurnalistlərin peşə davranışı qaydalarına düzəlişlər edilib  - FOTO  - YENİLƏNİB 1

O deyib ki, ilkin mərhələdə baxılan 1615 məsələdən 963-si Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub: "Digər 652 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, toplanmış materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.

Şikayətlər üzrə Komissiyada baxılan 652 məsələdən 520-si komissiya səviyyəsində həllini tapıb. Digər 132 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün İdarə Heyətinə təqdim edilib.

Şuranın İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 132 qərar çıxarıb.

Qeyd edim ki, COVID-19 pandemiyası ilə əlaqədar həyatın durğunlaşması Mətbuat Şurasına daxil olan şikayətlərin sayına da təsir göstərib. Belə ki, ötən qurultaylararası dövrlə müqayisədə VII qurultaydan VIII qurultaya qədərki dövrdə şikayətlərin sayı iki dəfədən çox azalıb".

Əflatun Amaşov qeyd edib ki, Mətbuat Şurası yaranandan bəri quruma ümumilikdə 15 minə yaxın şikayət daxil olub: "Bu müddətdə Şurada baxılan şikayətlərin 70 faizi məhkəmə predmeti mahiyyəti daşıyıb. Kütləvi informasiya vasitələrinin məhkəməyə verilməsi hallarının ildən-ilə azalması da fikrimin təsdiqi sayıla bilər".

Azərbaycan jurnalistlərinin VIII qurultayında çıxış edən "Paralel" qəzetinin təsisçisi və baş redaktoru Tapdıq Abbas Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvlərinin gəncləşdirilməsini təklif edib.

Jurnalistlərin peşə davranışı qaydalarına düzəlişlər edilib  - FOTO  - YENİLƏNİB 1

"Paralel" qəzetinin təsisçisi və baş redaktoru Tapdıq Abbas təklif edib ki, Mətbuat Şurasının İdarə Heyəti gəncləşdirilsin: “Yeni tərkibə gənclər seçilməlidir”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, MŞ tipində qurumlarda ağsaqqal tipli insanlar təmsil olunmalıdır: “Burada həmçinin gənclər də təmsil olunmalıdır. Yenilər gəlsin, köhnələr qalsın demək düzgün deyil”. 

Jurnalist Fərid Şahbazlı isə bildirib ki, Mətbuat Şurasında yeni ruha ehtiyac var: “İndiyədək Mətbuat Şurasının gördüyü işləri də yüksək qiymətləndirmək lazımdır. Zəfər çalan ölkənin yeni çağırışlara cavab verən Mətbuat Şurası olmalıdır”.

Jurnalistlərin peşə davranışı qaydalarına düzəlişlər edilib  - FOTO  - YENİLƏNİB 1

“Müsavat” Media Qrupun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rauf Arifoğlu çıxışında MŞ-nin yenilənməli olduğunu qeyd edib: “İndi informasiya məkanını Mətbuat Şurası idarə etmir. Elə yenilənmə aparılmalıdır ki, Mətbuat Şurası olaraq informasiya məkanına daxil ola bilək. Gəncliyə yer vermək lazımdır. Mən də İdarə Heyətinin üzvü olaraq yerimi gəncliyə verməyə hazıram”.

Sonra Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsvermə başlayıb.

Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları Muğam Mərkəzindəki kabinəyə keçərək səsvermədə iştirak ediblər.

Daha sonra Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsverməyə yekun vurulub.

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, artıq səsvermə başa çatıb: “Hazırda Say Komissiyası səslərin sayının hesablanması ilə məşğuldur. Yeni tərkib 1 saat ərzində elan olunacaq”.

Bundan başqa, Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib.

Toplantıda əvvəlcə Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb.

Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Dəyişikliklə İdarə Heyəti Qurultay tərəfindən seçilən 23 həqiqi üzvdən ibarət olacaq. İdarə Heyətinin tərkibinə jurnalistlər və hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət qulluğunda çalışmayan nüfuzlu ictimaiyyət nümayəndələri və sosial media təmsilçiləri seçilə bilərlər. İdarə Heyətinin üzvlərindən 14-ü jurnalistlərdən, 9-u isə ictimaiyyət nümayəndələrindən olacaq.

Habelə, dəyişikliklə kodeksə yeni 4-cü prinsip (Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi) əlavə edilib.

QURULTAY
Jurnalistlərin peşə davranışı qaydalarına düzəlişlər edilib  - FOTO  - YENİLƏNİB 1
QURULTAY1

ƏN ÇOX OXUNANLAR

0.34534311294556