• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Güzəştli mənzil seçimində yenidən problem: “5-10 saniyəyə...”



Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) kiberhücumlarla bağlı təxirə saldığı güzəştli mənzil seçimi bu gün baş tutub.

Baki.Mediaxəbər verir ki, saat 15.00-da başlayan seçimlə bağlı yenidən narazılıqlar yaranıb.
Bir sıra vətəndaşlar mənzillərin yenə çox tez satılmasından şirkayət edib.

MİDA-nın rəsmi səhifəsində yer alan şikayətlərdə güzəştli mənzillərin 5-10 saniyə ərzində satıldığı iddia olunur. Bəzi vətəndaşlar isə satış prosesinin demo versiyadan fərqləndiyini, sistemin dəyişdiyini bildiriblər.

Mənzil satışına başlamazdan bir neçə saat öncə isə seçicilər “e-gov” və “ASAN Login” sistemlərinə girişdə problemlər olduğunu bəyan ediblər.

Xatırladaq ki, MİDA-nın 15.09.2022-ci il tarixində keçirilən satış prosesi baş tutmamış, daha sonra DTX tərəfindən başlanılan ilkin araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə iri həcmli kiberhücumun olduğu bildirilmişdi.

Qeyd edək ki, satışa Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 6 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 mənzil çıxarılmışdı.

Könül
Baki.Media

 

 

ƏN ÇOX OXUNANLAR

0.12222003936768