• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Güzəştli mənzil satışı ilə bağlı rəy: "Bu dəfə fərqli idi"



Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) bu gün baş tutan güzəştli mənzil satışı prosesində müsbət istiqamətdə xeyli irəliləyişlər olub.

Baki.Media xəbər verir ki, bunu MİDA-nın onlayn satış prosesinə ictimai nəzarəti həyata keçirən müşahidəçilərdən biri, İKT üzrə ekspert Osman Gündüz deyib. O bildirib ki, baş tutan satış tam fərqli olub:

"Dəfələrlə təklif olunmasına baxmayaraq MİDA canlı yayım təşkil etməsə də, mən canlı yayımı etdim. Eyni zamanda zalda iştirak edən jurnalistlər üçün ictimai nəzarətdə kömək ola biləcək məqamlarla bağlı, öncədən diqqət yetiriləcək məqamlarla bağlı da  köməklik göstərməyə çalışdım.

Əgər canlı yayıma imkan verilməsəydi, güman ki, ictimai nəzarət öz əhəmiyyətini itirəcəkdi və bizim iştirakımız da mənasız olardı.

O. Gündüz müsbət istiqamətdə xeyli irəliləyişlərin olduğunu bildirib: "MİDA tarixində  ilk dəfə olaraq ilk mənzil seçimi 31-ci saniyədə baş tutub. Əvvəlki texnologiyalarla bu rəqəm adətən 6-7 saniyə olurdu. Bu dəfə botlar və robotlar işləməyib. Çünki DEMO ilə real versiya kəskin fərqli idi.

Məhz bu amillə bağlı daxil olan suallara cavab olaraq qeyd etmək istərdim ki, əgər DEMO və real versiya fərqli olmasaydı yenə real seçicilər əvəzinə botlar işləyəcəkdi. Burada MİDA-nı qınamaq doğru olmazdı, əks halda yenə əvvəlki kimi bot problemi olacaqdı.
Amma MİDA öncədən DEMO-dan kəskin fərqli məqamların ola biləcəyini açıqlasaydı, daha doğru olardı".

Ekspertin fikrincə, bu seçim metodunun özündə bir ədalətsizlik var:
"Əgər iddiaçının texnoloji bacarıqları yetərli deyilsə, o, öncədən uğursuzluğa məhkumdur.
Canlı yayımda da mən bu məsələni bir daha qeyd edərək hökumətin alternativ satış üsulu təklif edəcəyi haqqında sual verdim. Təəssüf ki, hələlik bu istiqmətdə real addımların nəzərdə tutulmadığı qeyd olundu".

"Bu dəfə təhlükəsizlik daha üst səviyyədə təmin edilmişdi. Dövlət Təhlükəsizlik Xidməti (DTX), ASAN, eGov Mərkəzi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi , AzİnTelecom, magistral provayderlər və mobil operatorların nümayəndələri əvvəlkindən fərqli olaraq  ayrıca otaqda real vaxt rejimində prosesləri izləyirdilər. Kritik infrastrukturla bağlı Prezident fərmanından sonra hiss olunur ki, DTX bu prosesi tam nəzarətə götürüb.
Müşahidəmə əsasən qeyd edə bilərəm ki, DTX əməkdaşlarının sayı az qala MİDA-dan çox görünürdü.

Beləliklə, ilkin olaraq bu onlayn satışın müsbət istiqamətdə əvvəlkilərdən fərqli olduğunu qeyd etmək istərdim.
İlkin təəssürat odur ki, bu dəfə botlar deyil, məhz daha hazırlıqlı, daha peşəkar İT bacarıqları olanlar uğur qazanıb.

Güman ki, MİDA ən yaxın müddətdə bütöv statistikanı, satışı əks etdirən zərui datanı  açıqlayacaq. Bundan sonra yekun rəy vermək daha doğru olardı", - deyə O. Gündüz əlavə edib.

ƏN ÇOX OXUNANLAR

0.10975909233093