• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ukrayna Ermənistanı meydana çıxmağa peşman etdi, Holanın qolu Norveçə qələbə üçün yetmədi – YENİLƏNİB + VİDEO



UEFA Millətlər Liqasında daha bir qarşılaşma Sloveniyada baş tutub.

Baki.media xəbər verir ki, B liqasının 4-cü qrupunun 5-ci turunda Norveç səfərdə Sloveniyanın qonağı olub.

Qarşılaşmada hesabı qonaqlar açıb. Erlinq Holan 47-ci dəqiqədə fərqlənib.

Bu, “Mançester Siti”nin hücumçsunun millinin heyətində meydana çıxdığı 22-ci oyunda 21-ci qolu olub.

Lakin Holanın ultraməhsuldarlığı komandasına bəs etməyib.

61-ci dəqiqə Sporar, 81-ci dəqiqədə isə Sesko ilə iki qol vuran meydan sahibləri yekunda qələbə qazanıblar.

Qolları təqdim edirik:

19:34

UEFA Millətlər Liqasında oyunlar davam edir.

Baki.media xəbər verir ki, B liqasının 1-ci qrupunun 5-ci turunda Ukrayna Ermənistana qonaq olub.

İrəvanda keçirilən oyunda Ukrayna millisi özünü qonaq kimi aparmayıb.

Belə ki, üç gün əvvəl Şotlandiyaya 0:3 hesabı ilə məğlub olan Oleksandr Petrakovun yetirmələri bu dəfə Ermənistanı meydana çıxmağa peşman ediblər.

Qonaqlar meydan sahiblərinin qapısından 5 cavabsız qol keçiriblər.

Matçın qısa icmalını təqdim edirik:

ƏN ÇOX OXUNANLAR

0.29800510406494