• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“İnvest Az” şirkəti ətrafında qalmaqal davam edir – Şirkətin müflis elan edilməsi ilə bağı yeni fakt



Azərbaycanın məşhur forex şirkəti olan “İnvest Az”la bağlı qalmaqal davam edir.

Bakı.Media xəbər verir ki, Türkiyə mediası şirkətin iflası barədə məlumat yayıb. Şirkətin rəhbərliyi xəbəri nə təkzib, nə də təsdiq edib. Əvəzində Azərbaycan mediasının Türkiyə mətbuatına istinadən yaydığı xəbər saytlardan silinib. Hətta bu xəbər Türkiyənin bəzi media platformalarından çıxarılıb.

Əməkdaşımızın araşdırmaları nəticəsində isə məlumatın əsassız olmadığını sübut edən fakt aşkarlanıb. Bu, məhkəmə sənədidir. Məlum olur ki, 11 may 2021-ci ildə “İnter Az” şirkətinin müflis elan edilməsi ilə bağlı İstanbul Ticarət Məhkəməsində iddia qaldırılıb.

Bu fakt “İnter Az”ın iflasa uğraması barədə iddiaların əsassız olmadığını göstəriri.

Bundan əvvəl sözügedən şirkətin Türkiyəli iş adamı Yunus Akgünün 1 milyon dollarını mənimsədiyi iddia edilirdi. Bildirilirdi ki, türkiyəli iş adamı “InvestAZ”da öz hesabına 891 bin 753 dollar yatırım edərək alqı-satqı etməyə başlayıb. Bir müddət sonra isə bu pul onun razılığı olmadan xaricdə başqa bir şirkətin hesabına köçürülüb. Bu məsələni aydınlaşdırmaq üçün “InvestAZ”ın Türkiyədəki ofisinə müraciət etsə də, onu Bakıya yönləndiriblər. Azərbaycanda isə şirkət rəsmilərindən heç kim onu qəbul etməyib.

Bundan sonra İstanbul prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Araşdırma nəticəsində məlum olub ki, təxminən 1 milyon dollarlıq yatırım heç vaxt Yunus Akgünün hesabında olmayıb. “InvestAZ” onun üçün bir bulud sistemi yaradıb və iş adamı orada saxta alqı-satqı hərəkətləri edib.
Daha sonra onun pulu Yeni Zellandiyada fəaliyyət göstərən “Invest-AZ Limited” adlı şirkətin hesabına köçürülüb. Bu araşdırmadan sonra “InvestAZ” 1 milyon 836 min 538 lirə cərimə olunub.

Daha sonra istintaqa cəlb edilən Elşən Quliyev, Ceyhun Abdullayev və Ümit Arca iş adamı Yunus Akgünü tanımadıqlarını, belə bir müştərilərinin olmadığını, Yeni Zellandiyada fəaliyyət göstərən “Invest-AZ Limited” şirkəti ilə bir əlaqələrinin olmadığını bildiriblər.

İstintaqla müəyyən edilib ki, pul cəza aldıqdan sonra “InvestAZ” təcili şəkildə saytını, email adresini və yatırımçı girişi panellərini dəyişib. İstintaqdan öncə şirkətin Türkiyədəki saytından Azərbaycandakı və Yeni Zellandiyadakı şirkətlərin saytına keçid olduğu, lakin araşdırmalardan sonra bu yönləndirmənin çıxarıldığı müəyyən olunub.

İstanbul prokurorluğu ittiham aktı tərtib edərək “InvestAZ”ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümit Akcanın, hər birinin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

“İnvest Az” müflis elan edilməsi barədə məhkəmədə iddia qaldıran da Yunus Akgündür.

ƏN ÇOX OXUNANLAR

0.034255027770996