• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Ceyhun Məmmədov: “Putinin dünən səsləndirdiyi bəyanat Ermənistana ciddi xəbərdarlıqdır” 



“Hesab edirəm ki, Putinin dünən səsləndirdiyi bəyanat əslində Ermənistana çox ciddi xəbərdarlıqdır”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, son dövrlər Ermənistan bölgəyə kənar qüvvələri cəlb edir:

“Yəni söhbət xüsusilə də Qərbdən, Avropa İttifaqından gedir. Ermənistan Rusiyanı proseslərdən uzaqlaşdırmağa çalışır. Son günlər ümumiyyətlə Ermənistanda verilən bəyanatlar da diqqətçəkicidir. Ermənistanın KTMT-dən çıxmaqla bağlı açıqlamalar verməsi, Rusiyanın bəzi şəxslərinin Ermənistana səfərinə qadağaların qoyulması və s. Bütün bunlar onu göstərir ki, bu gün Ermənistan 10 noyabrda razılaşdırılmış məsələlərə qarşı çıxaraq prosesdən Rusiyanı uzaqlaşdırmaq və bölgəyə yeni aktorlar gətirmək və bölgədə Qərbin təsirini artırmaq istiqamətini götürüb.

Bu, açıq özünü açıq-aydın göstərir. Yəni son “müşahidəçilərin” şərti sərhəd bölgəsinə gəlməsi, orada yerləşdirilməsi, sonra onların patrula başlaması ilə bağlı məlumatların yayılması bunu bir daha təsdiq edir. Bu, onu göstərir ki, Ermənistan Qərb qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Rusiya prezidentinin belə bir bəyanat verməsi Ermənistana xəbərdarlıq mesajı daşıyır. Yəni burada bir neçə məqam var”.

Deputat Putinə verilən sualın əvvəldən planlaşdırıldığını vurğulayıb:

“Çünki verilən cavab çox geniş və əsaslandırılmış bir cavab idi. Bu, Rusiyanın Ermənistana növbəti ciddi xəbərdarlıqdır. Yəni Ermənistan bundan nəticə çıxarmalıdır. Rusiya eyni zamanda mesaj vermək istəyir ki, belə getsə, Rusiya Ermənistanı taleyin ümidinə buraxacaq. Əslində bu, Ermənistana tam mesajdır. Rusiyanın Ermənistandan tamamilə çıxmaq fikri yoxdur. Burada Rusiyanın hərbi bazası var mövcuddur və Rusiya Ermənistanda bir sıra sərhəddə dəmir yoluna, qaz və digər sahələrə nəzarət edir. O baxımdan, yəni burda Putin növbəti dəfə Ermənistana ciddi xəbərdarlıq edir və hesab edirəm ki, Rusiya tərəfi də Ermənistanın bu ikiüzlüyünü, yalançılığını nəzərə almalıdır. Azərbaycan bu gün Rusiya ilə münasibətdə çox səmimi, dürüst siyasət həyata keçirir. Amma bu gün Ermənistan isə tamamilə Rusiyaya qarşı addımları atır və bölgədə Rusiyanın rolunun azaldılması, nüfuzunun zəiflədilməsi ilə bağlı çox ciddi addımlar atır”.

ƏN ÇOX OXUNANLAR

0.087945938110352