• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Elnur Əliyev Şuşa Qoruğunun Müşahidə Şurasının üzvlüyündən ÇIXARILIB



“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamında dəyişiklik edilib.

Prezident.az-ın məlumatına görə, bu barədə dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Müşahidə Şurasından çıxarılıb, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli isə şuranın tərkibinə daxil edilib.

ƏN ÇOX OXUNANLAR

0.23171019554138