• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Təbrizdə azərbaycanlı musiqiçi və bəstəkar həbs edildi - FOTO



Təbrizli azərbaycanlı musiqiçi və bəstəkar Əbülfəz Əbulməali noyabrın 21-də iş yerində həbs olunub.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Onun həbsinin səbəbləri və harada olması barədə məlumat yoxdur.

Qeyd edək ki, hökumət əleyhinə nümayişlərin əhatə dairəsinin kəskin şəkildə genişlənməsi ilə molla respublikası rejiminin qüvvələri Güney azərbaycanlılara qarşı həbslərə start veriblər.

Xatırladaq ki, bir gün əvvəl Təbrizdə “Parla” xalq rəqs ansamblının rəhbəri Fatimə Məhəmmədi və rəqs müəlliməsi, ansamblın üzvü Məhləkə Babazadə . Onların da yeri naməlum olaraq qalır.

Ümumiyyətlə həbs olunanların dəqiq sayı barədə məlumat yoxdur. İnternetin kəsilməsi və bütün media mesajlarının rejim tərəfindən bloklanması səbəbindən xəbərlər gec yayılır.

 

ƏN ÇOX OXUNANLAR

0.25180292129517