• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Məleykə Abbaszadə DİM üçün inzibati binanı QUDASINDAN GÖTÜRÜBMÜŞ - İDDİA



Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə öz qudasından bina icarəyə götürübmüş.

Araşdırmaçı jurnalist Hafiz Babalı facebook səhifəsində Məleykə Abbaszadənin şübhəli əməllərini ifşa edib.

“Dövlət İmtahan Mərkəzi bir neçə il Mikayıl Müşfiq, 1M ünvanındakı inzibati binada yerləşib. Binanın hazırkı istifadəçisi TƏBİB-in Bakı Baş Səhiyyə Mərkəzidir.

Bunlar quru faktlardır. İndi isə məsələnin dövlət əhəmiyyətli tərəfinə baxaq. Binanın mülkiyyətçisi Natiq Vahib oğlu Zeynalovdur. Onun atası tibb elmləri dokturu Vahib Zeynalov 2017-ci ildə vəfat edib və… Məleykə Abbaszadə ilə quda idi. Başqa sözlə, DİM üçün inzibati binanı Məleykə xanım öz qohumundan icarəyə götürübmüş.

Bu illər ərzində hazırda əlli yaşda olan iş adamı (o, həm də “Aqro Eko-Produkt Kəndli Fermet Təsərrüfatı” MMC-nin həmtəsisçi-direktorudur) N. Zeynalova nə qədər pul ödənildiyi məlum deyil. Amma dəqiq olan budur ki, Bakı Baş Səhiyyə Mərkəzi ona 12 aylıq icarə haqqı kimi yarım milyon manatdan çox – 516279 manat 12 qəpik ödəyəcək."

ƏN ÇOX OXUNANLAR

0.088973045349121