• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Fərhad Əhmədovun Azərbaycanda YARATDIĞI ŞƏBƏKƏ - ŞOK İDDİA



Fərhad Əhmədov pulun hesabına Azərbaycan Silahlı Qüvvələrinin yüksək komandanlığıyla əlaqəsi olan şəxslərin, yaradıcı ziyalıların, tanınmış saytların rəhbərlərinin və bəzi jurnalistlərin də daxil olduğu şəbəkə yaradıb…

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun işində yeni təfərrüatlar üzə çıxıb. Onun casusluq etməkdə şübhəli bilindiyi və Azərbaycana qarşı topladığı informasiyaları xaricə ötürdüyü iddia olunur.

Bakupost.az xəbər verir ki, bu barədə “Azfront” “Telegram” kanalı dövlət strukturlarındakı mənbələrinə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, F.Əhmədov pulun hesabına Azərbaycan Silahlı Qüvvələrinin yüksək komandanlığıyla əlaqəsi olan şəxslərin, yaradıcı ziyalıların, tanınmış saytların rəhbərlərinin və bəzi jurnalistlərin də daxil olduğu şəbəkə yaradıb. Əhmədovun bu yolla məqsədyönlü şəkildə məxfi məlumatları topladığı qeyd olunur.

Şəbəkə üzvləri 44 günlük müharibənin gedişi ilə bağlı yüksək rütbəli zabitlərdən aldıqları informasiyaları Əhmədova ötürüblər. O isə öz növbəsində toplanılan səs yazılarını, audio və video faylları Rusiyaya verib.

Rusiyalı miyarderin yaxın keçmişdə Azərbaycanın ordu birləşmələrində yüksək vəzifələrdə çalışan bəzi şəxslərlə konfidensial danışıqların audio yazısını da apardığı bildirilir. Bu səs yazılarından biri 2022-ci ilin oktyabrında xaricdən maliyyələşən və müxalifət media resursu olan “Meydan TV” tərəfindən ictimiyyətə açıqlanıb.

Mənbə bildirir ki, mərhum polkovnik Babək Səmidlinin müharibə ilə bağlı danışdığı söhbətinin lent yazısında qarşı tərəf Fərhad Əhmədov olub.

“Əhmədovun isə sonradan bunu sızdırıb-sızdırmadığını bilmirəm. Amma bilirəm ki, Əhmədov və onun dostları həbs olunacaqlar və uzun müddət həbsdə qalacaqlar”, – deyə mənbə fikrini yekunlaşdırıb.

Kanal bu gecə Əhmədovun məxfi məlumat topladığı şəxslərin siyahısını açıqlayacağını da bəyan edib.

Qeyd edək ki, F. Əhmədovun obyektlərində axtarışlar barədə ilk məlumatı da “Azfront” kanalı yayıb.
Bu arada Fərhad Əhmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılması ilə bağlı yeni faktlar ortaya çıxıb. “Demokrat.az”-ın əldə etdiyi məlumata görə, Rusiyaya casusluq etməkdə şübhəli bilindiyi üçün saxlanılan Fərhad Əhmədovun Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində axtarışlar aparılıb. Saxlanılan Fərhad Əhmədovun istintaq idarəsində ifadəsi alınıb. İş adamı təqribən 10 saata yaxın istintaqda dindirilib. Daha sonra isə milyarderdən Azərbaycanı tərk etməmək barədə yazılı öhdəlik alınıb. Hazırda iş adamının barəsində istintaq davam edir.

Xatırladaq ki, Fərhad Əhmədovun Azərbaycandakı əsas sərvəti Göyçaydakı “Aznar” meyvə şirəsi zavodudur. İş adamı 2022-ci il üçün “Forbes”də rusiyalı milyarderlərin siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalan rusiyalı zənginlərin siyahısında yer alır.

Mənbə Bakupost.az

ƏN ÇOX OXUNANLAR

0.22802186012268