• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Növbəti aylarda Mərkəzi Bank haqqında qanuna dəyişiklik təsdiqlənəcək - AÇIQLAMA



Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunun təsdiqi gözlənilir.

Baki.Media xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib. O bildirib ki, bu, fintek sahəsində böyük bir nailiyyət olacaq.

Baş bankir həmçinin bildirib ki, Mərkəzi Bank haqqında qanunda da dəyişiklik edilib və təsdiqi gözlənirilir:

"Ümid edirik ki, növbəti aylarda qanun təsdiq olunacaq. Bu zaman xüsusi tənzimləmə rejiminin Mərkəzi Bank üzərində qurulması planlaşdırılır, yəni "sandbox" yanaşması tətbiq olunacaq. Bununla da, biz elan edirik ki, Mərkəzi Bank innovasiyalara, yeni ideyalara açıqdır. Startaplarımız bu fürsətdən istifadə edib yeni ideyalarla Mərkəzi Banka müraciət edə və onların testini həyata keçirə biləcəklər", - deyə T. Kazımov əlavə edib.

Könül
Baki.Media

ƏN ÇOX OXUNANLAR

0.18157601356506