• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şirkətdən 20 min manatlıq oğurluq olub



Bakıda şirkətdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Nərimanov rayonunda şirkətlərdən birinin anbarından 20 000 manat dəyərində elektrik və inşaat materiallarının qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Şahin Həsənov saxlanılıb.

Araşdırma aparılır.

ƏN ÇOX OXUNANLAR

0.13836002349854