• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Kremlin "aşpazı" Avropa Parlamentinə qanlı kuvalt göndərdi - FOTO



Rusiya təhlükəsizlik şirkəti “Vagner”in qurucusu "kremlin aşpazı" adlandırılan Yevgeni Priqojin Avropa Parlamentinə skripa qutusu içərisində taxta saplı gürz (kuvalt-red.) göndərib.

Baki.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Priqojinə aid "Konkord" adlı şirkət məlumat yayıb. Açıqlamada AP-yə çatdırılması üçün "KİBER FRONT Z" adlı qurumun nümayəndəsinə “məlumat çemodanı” verildiyi bildirilib.

“Musiqiçilər üçün əvəzedilməz aksesuar olan skripka qutusunda çox güman ki, üzərində saxta qan izləri və möhür olan bir kuvalt olub”- "KİBER FRONT Z" nin yaydığı məlumatda qeyd edilib.

Skripka qutusundakı taxta saplı gürzün üzərində “Vagner” yazısı və loqo olması diqqət çəkib.

Qeyd edək ki, dünən AP dünən Rusiyanı “qeyri-insani və qəddar hərəkətlər” ittihamı ilə “terrorçuluğu dəstəkləyən ölkə” kimi tanıyan qətnamə layihəsini qəbul edib. Qanun layihəsində "Vaqner"in və Rusiya tərəfindən maliyyələşdirilən silahlı qrupların da terrorçular siyahısına salınması istənilib.

Billurə

 

ƏN ÇOX OXUNANLAR

0.13529992103577