• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Evinə gələn tanışını döyüb öldürdü, araba ilə meyiti daşıyarkən...- Bakıdakı qətlin təfərrüatı



Bakıda tanışını taxta parçası ilə döyərək öldürməkdə təqsirli bilinən Bahadur Cəfərovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Baki.Media xəbər verir ki, Sabunçu qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində tanışı, paytaxt sakini Rəfayel Rzayevi taxta parçası ilə döyüb. Nəticədə zərərçəkmiş aldığı ağır xəsarətlərdən hadisə yerindən ölüb. 

Həmin gün şübhəli şəxs Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

İş üzrə dindirilmiş Bahadur Cəfərov ifadəsində bildirib ki, son vaxtlar Sabunçu qəsəbəsində yaşayıb. Kafe və sexlərdə günəmuzd fəhlə işləyib. Özü kimi daimi yaşayış yeri olmayan Rafayel Rzayevi çoxdan tanıyır. Rafayellə tez-tez 3 saylı xəstəxananın yaxınlığında rastlaşıb. Sabunçu qəsəbəsindəki evdə yaşamağa başladıqdan sonra Rafayel bir neçə dəfə onun yanına gəlib orada gecələyib. Spirtli içki içdikdən sonra tanışı aqressivləşib və dava etməyə meyilli olub. Buna görədə Rafayelin yaşadığı evə gəlməsini istəməyib. 

Sentyabrın 2-də Rzayev içkili vəziyyətdə onunla mübahisə edəndə Cəfərov həyətdən götürdüyü küt alətlə onu döyüb. Həmin hadisədən sonra Rafayel çıxıb gedib və ayın 11-nə kimi görsənməyib.

Bahadur Cəfərov ifadəsinin davamınşda bildirib ki, sentyarın 11-i gecə  saat 2 radələrində həyətdə yemək yeyib araq içərkən Rafayel gəlib 9 gün əvvəlki münaqişəyə görə onu söyməyə başlayıb.

Bundan əsəbləşən Bahadur Rafayelə yaxınlaşıb üz-üzə dayandığı vəziyyətdə taxta parçası ilə 5-6 dəfə başına və bədəninin digər nahiyyələrinə zərbələr endirib. Bu zaman Rafayel müqavimət göstərib onun sifətinə yumruqla vurub. Bahadur əlindəki taxta sındığından onu yerə tullayıb təpilklə tanışının sigətinə çoxsaylı zərbələr vurmaqda davam edib. 

Rafayelin hərəkətsiz vəziyyətdə yerdə xırıldadığını və alnından qan axdığını görüb öləəyindən qorxduğu üçün onu sürüyərək hasardan kənara çıxarıb. Bahadur tanışını arabaya qoyaraq yaxınlıqdakı xəstəxanaya aparıb. Yolda tanımadığı bir nəhər arabada apardığı adamın ölüb-ölmədiyini soruşduqda həmin şəxsə onun sadəcə içkili olduğunu deyib. Xəstəxanada həkimlər Rafayelin artıq öldüyünü deyiblər. 

Bahadur şöbəsə əvvəlcə polisləri aldatmağa çalışıb. Bildirib ki, Rafayeli təsadüfən küçədə yaralı vəziyyətdə aşkar edib və xəstəxanaya gətirib. Amma sonra tanışını döydüyünü etiraf edib. 

Cəfərov qeyd edib ki, Rzayevi öldürmək fikrində olmayıb. Sadəcə qorxutmaq istəyib ki, birdə evinə gəlməsin. Aralarındakı münaqişə 5-6 dəqiqə davam edib. Törətdiyi əməldən peşmandı

Məhkəmə prosesi zamanı Bahadur Cəfərov ittiham üzrə özünü təqsirli bilməyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi qardaşını qətlə yetirən şəxsə ağır cəza verilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Bahadur Cəfərov 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Natiq

ƏN ÇOX OXUNANLAR

0.10362696647644