• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İran Qarabağa terror-diversiya qrupu GÖNDƏRİB? - Dəstə üzvlərinin adları AÇIQLANIB



Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin edib.

Bu barədə “Qafqazinfo” məlumat yayıb.

Qeyd olunub ki, Qarabağ ərazisinə buraxılan 14 nəfər İran İslam Respublikasının vətəndaşlarıdır.
 
İddiaya görə, onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndiyə gəliblər və hazırda oradadılar.
 
“İranlıların postu keçdikləri “Mersedes-Benz” avtomobilinin seriya nömrəsi 34-QA-444-dür. Qanunsuz olaraq Azərbaycan ərazisinə keçmiş İran vətəndaşlarının kimliyini də tezliklə açıqlamağa çalışacağıq.

Qəribədir ki, 14 nəfərdən 12-si İranın eyni bölgəsindən- ölkənin cənub-qərbindəki İzeh şəhərindəndir. Qeyd edək ki, İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında ermənilər çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var.
 
Bəs bu 14 nəfərlik qrup Azərbaycanın Qarabağ bölgəsinə niyə gəlib və bu gizli səfərin məqsədi nədir?

Məlumata görə, iranlılar rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndərilib. Bundan başqa, onların Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə biləcəyi də deyilir”, - saytın yaydığı məlumatda deyilir.

 
Bundan başqa, Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlıların mandatlarına zidd addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin etməsi barədə iddia yayılıb.
 
İddianın mənbəyi “Qafqazinfo” sözügedən 14 nəfərin adlarını açıqlayıb.
 
“Biz tam əmin deyilik ki, indi açıqladığımız ad və soyadlar saxta deyil. Amma istənilən halda, 7 gün əvvəl rusiyalı sülhməramlıların Xankəndinə buraxdıqları İran vətəndaşları Qarabağa məhz bu adlarla keçiblər:

Mohmadi Vahab Mehralı
Heidari Abdollah Alah Rahm
Mohmadi Daryoosh Avaz
Amiritolmarani Elsa Mohammad
Salahshouri Dourakı Farzad Nader
Mohmadi Aref Hossein
Almasian Nezhad Ebrahim Mohammad
Mohmadi Abdollah Mehr Ali
Mohmadi Nasrolah Mehr Ali
Safari Hossein Hatam
Kouravand Takht Sabzı Alı Shir Hossein
Mohmedi Omid Mehr Ali
Mohammadı Mokhtar Bar Ahmad
Salahshouri Dourakı Keramat Nader”, - saytın məlumatında deyilir.

Qeyd olunub ki, məsələ ilə bağlı İran Səfirliyinə edilən zənglər cavabsız qalıb.
 
Xatırladaq ki, iranlıların rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndərildiyi iddia edilir. Digər bir iddiaya görə isə onlar Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə bilər.



ƏN ÇOX OXUNANLAR

0.086780071258545