• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Saakaşvili tərəfdarları mitinq keçirir



Müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri, eləcə də onların tərəfdarları Tbilisidə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsi tələbi ilə mitinq keçirirlər. Baki.Media xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

“Bütün dünya, bütün ölkə görməlidir ki, biz  Saakaşvilinin ölümünü qəbul etməyəcəyik. Ölkəmiz prezidentlərin qəbiristanlığı olmamalıdır”, - Gürcüstan parlamentinin Milli Hərəkatdan olan üzvü Levan Xabeişvili deyib.

Yüzlərlə nümayişçi əvvəlcə Tbilisidə Barataşvili körpüsünün yaxınlığında toplaşıb, sonra isə hakim “Gürcü Arzusu Demokratik Gürcüstan” partiyasının ofisinə doğru yürüş edib. Aksiya “Mişa sağ qalmalıdır” adlanır. Hakim partiyanın binası yaxınlığında gücləndirilmiş polis dəstələri növbə çəkir.

ƏN ÇOX OXUNANLAR

0.12374114990234